AIDA modeli nədir?

AIDA Modeli istifadəçilərin məhsul və ya xidmətlə ilk dəfə tanış olmasından başlamış, məhsulu alma qərarını verənə qədər olan mərhələləri özündə ehtiva edir. Vizuala da, diqqət etsəniz görərsiniz ki, bu model böyükdən kiçiyə doğru sanki qıf formasındadır. 

Bu səbəbdən, (bir növ alış prosesini özündə əks etdirən) funnel (qıf) məntiqi də adlanır.

Əslində, akademik səviyyədə buna bənzər bir neçə model var. Ancaq demək olar ki, digər bütün modellər AIDA modelinin bir növ fərqli adlarla izah olunan formalarıdır. Bu səbəbdən AIDA modeli daha çox istifadə olunan modeldir. Xüsusilə rəqəmsal dövrdə AIDA modeli marketinq fəaliyyətlərini dəstəkləmək üçün ən yaxşı modellərdən biridir.

AIDA modelinin mərhələləri hansılardır?

Diqqət: məhsul və ya xidmətinizin müştərilər tərəfindən tanınma mərhələsidir. Adətən böyük auditoryaya xitab edilir.

Maraq: məhsul və ya xidmətinizin faydalarına xüsusi maraq yaratmaqla bağlı işlər bu mərhələdə edilir. "Maraq" mərhələsində müştərini bir addım daha irəli getməyə təşviq edilir. Onlarda xüsusi maraq yaratmaq üçün məhsul və ya xidmət barədə fayda, üstünlüklər və s. barədə məlumat verilir.

Arzu: Modelin bu mərhələsində məhsul və xidmətləri satmaq üçün müştərilərlə markanız arasında bəzi "emosional əlaqə" yaradırsınız. Müəyyən güzəştlər, rəqabətli faktorlar və s. bu mərhələdə işlədilə bilər. Elə mesaj verilməlidir ki, müştərilər sözügedən məhsul və xidmətdən başqa heç bir məhsul və xidmət barədə düşünməsin.

Hərəkət: Bu mərhələ auditoriyanız üçün son addımdır. Əksər hallarda, marketoloqlar bu mərhələ üçün endirimlərdən, CTA-dan istifadə edirlər. Bu mərhələ ilə müştəriləri hədəflədiyiniz nəticəni almağa sövq edirsiz. Hədəflər müxtəlif ola bilər, məsələn, broşura yükləmək, zəngi etmək, məhsul və ya xidmət sifariş etmək və s. ola bilər. 

Unutmayın ki, hər mərhələnin özünün reallığı və kütləsi var. Bu kütlələrə xüsusi və hədəfli mesaj vermək üçün bu modeli düzgün anlamaq və strategiyaya tətbiq etmək lazımdır.