Google axtarış nəticələrini, sosial media, süni intellekt və reklamlarla birləşdirir

Google axtarış nəticələrində və xüsusən Discover hissəsində durmadan yeniliklər edir. Belə ki, sual-cavab hissəsini, sosial media postlarını, video kontenti və süni intellekti birləşdirib sistemə inteqrasiya etdiyini bildirir.

Hətta süni intellekt dəstəyi olan SGE adlı (Search Generative Experience) proqramı da başladıb. Bununla da reklamlarda son yenilikləri (xüsusən süni intellektli nəticə hissəsini) sınaqdan keçirmək barədə planları olduğunu bildirib.

 

 

Google, Search və Discover hissəsinə yeni funksiyalar əlavə etməklə istifadəçi ehtiyaclarına, maraqlarına və tendensiyalarına uyğunlaşdırılmış sistem olduğuna bir daha diqqət çəkir. Buna görə də, axtarış nəticələrinə, sosial media yazıları, form cavabları, videolar və suni intellekt tərəfindən hazırlanan nəticələri əlavə etməklə, təkmilləşdirmə işləri aparır. Nəticə olaraq, rəqəmsal marketoloqlar və reklamçılar üçün hədəf auditoriyasına çatmaqda yeni imkanlar formalaşdırır.
 

Fərdiləşdirilmiş Google Discover 

Google tətbiqini açdığınız zaman, axtarış panelinin altında fərdiləşdirilmiş Google Discover lentini görürsünüz. Standartda digər sosial media platformalarında olmasını gözlədiyiniz bir çox funksiyalar bura əlavə ediləcək. Bir növ Google, özünün Discover hissəsini sosial media bənzəri bir şeyə çevirməyi hədəfləyir. Bu hissədə başlıqlar, trend mövzular, videolar və istifadəçilərin izlədiyi maraqlı mövzular haqqında məlumatlar əlavə ediləcək.

Tezliklə, rəqəmsal marketoloqlar Discovery kampaniyalarında “Demand Gen” adlı hissə ilə yeniliklərdən faydalana biləcəklər.

Reklamlarla Veb storylər

Facebook, Instagram və TikTok - un storyləri (hekayələrin), xəbər lentində yerləşdirdiyi kimi, Google da veb hekayələrini Discover lentinə inteqrasiya edib. Beləliklə, bu hissədə də, bir növ reklam platforması olmağı hədəfləyir.


 

Sosial Media Videoları və YouTube qısa videoları 

YouTube videoları və xüsusən qısa videoları da artıq Discover lentində görünür. Bu hissədəki reklamlar, videodan əvvəl, videodan sonra, atlanabilən və keçilməz reklamlar üçün nəzərdə tutulub.

Axtarış sisteminin nəticə səhifələrində AI tərəfindən yaradılan şəkillərlə Qeyd hissəsi

Qeyd hissəsi ən son yeniliklərdən biridir. Bu hissəni hazırda ancaq Android cihazları və ya Google Axtarış Lab hissəsinə girişi olan iOS cihazların istifadəçiləri sınaya bilər. Test məqsədli olan bu funksiyanallıq,istifadəçilərə Google-da çıxan nəticələrə qeydlər yazmağa imkan verəcək.

Google həmçinin gələcəkdə rəqəmsal marketoloqlara rəqiblərin bu səhifələrinə reklam yerləşdirməyə imkan verə bilər (Qeyd reklamları). Yəni, bu hissə vasitəsiylə, sizin brendinizlə bağlı axtarış nəticələrində rəqibləriniz çıxa bilər. Bununla da, Google, brendləri daimi sistemdə reklam qoymağa vadar edəcək.

Sosial media linkləri olan Google Profilləri

Yeni qeyd yaratdığınız zaman o, Google profil bölməsində görünəcək. Əlavə olaraq, profil hissəyə bir və ya daha çox sosial media linkini daxil etmək mümkündür. Sizin qeydiniz baxış qazandıqca Google, bildirişlər göndərəcək.

Bəyənmələr, yadda saxlamalar və Paylaşımlar 

Google, Discover bölməsində axtarış nəticələrini bəyənmək, yadda saxlamaq və paylaşmaq kimi bəzi sosial media funksiyalarını mobil cihazlara inteqrasiya edib. Buraya xəbərlər, reklamlar, hekayələr və qısa videolar da daxildir.

Bəyənmə, yadda saxlama, paylaşma və qeydlər kimi nişanlar Discover lentində sıralanma üçün siqnal ola bilər.

Ehtimal ki, nəticələri, Google Analytics və ya Search Console - da axtarış nəticələri kimi izləyə biləcəksiniz. 

Hətta mümkündür ki, rəqəmsal marketoloqlar bu datalardan remarketinq kampaniyalarında yenidən hədəfləmək üçün istifadə edə biləcəklər.

Axtarış zamanı SGE, daha çox axtarış nəticələri təklif edəcək

Mobil istifadəçilər üçün Google Labs-də SGE, sanki göz gəzdirmək üçün, çıxan səhifənin qısa xülasəsini, səhifə haqqında məlumatı və digər bəzi məlumatları sayta daxil olmadan nəticələr kimi təklif edəcək.

Bu, bir növ mini-axtarış sistemi nəticə səhifəsi kimi olacaq. Bu hissəyə tez-tez verilən suallara bənzər “Daha çox axtarılanlar” bölməsi, “İnsanlar həmçinin baxır” və məlumatın mənbəyi haqqında bağlantılar daxildir.

Lokal Axtarışlar, SGE və Sosial media postları

Lokal axtarış nəticələrinə artıq, standart axtarış nəticələri, süni intellekt tərəfindən hazırlanan məzmun, sosial media linkləri, videolar və s. daxil olub.

Axtarışlarda “Perspektivlər” bölməsi

PC  və mobil brauzerlərdə, istifadəçilər üçün “Perspektivlər” bölməsi gəlib. Bu hissədə çıxan nəticələr birbaşa olaraq, bloqlar, xəbər saytları,Instagram, Medium, Reddit, StackOverflow, TikTok və YouTube kimi platformaların nəticələri olaraq filtirlənib, təqdim edilir.

Bir sözlə, Google, axtarış nəticələri, sosial media yazıları, alış-verişi, video məzmunları, lokal nəticələri, süni intellekt ilə birləşdirib, reklamlar ilə əlaqənləndirir. Bununla da, həm platforma olaraq sanki sosial media bənzəri bir şeyə çevrilir, həm də reklamçılar üçün yeni imkanlar formalaşdırır.