Google istifadəçilərinə Meta platformalarda reklam göstərmək üçün necə yenidən hədəfləmək olar?

Bir çox hallarda, Google-dan gələn trafik reklamlar üçün mühim olur. Bu tip kütlələri remarketinq kampaniyalarınızda işlətmək sizə əlavə üstünlük verəcək. Lakin, sual belədir  

Google - dan və digər mənbələrdən vebsaytınıza gələn istifadəçilərə, yenidən hədəfləmə ilə Facebook və Instagramda necə reklam göstərə bilərsiniz?

 


İlk olaraq, GTM hesabınıza daxil olun və aşağıdakıları addımları izləyin

  1. Yeni Təq yazısına klikləyin
  2. Təqin konfiqurasiyası hissəsindən "Custom HTML" - i seçin
  3. Aşağıdakı skriptini müvafiq hissəyə daxil edin: 
    <script>
        fbq('trackCustom', 'Referrer', {referrer: {{Referrer}}})
    </script>
  4.  Trigger hissəsindən - Bütün səhifələri (All pages) seçin
  5.  Təqə ad verib, onlayn edin

 

Təqi test etmək üçün Google-u açın. Saytınıza keçid etmək üçün açar sözü daxil edin və saytınıza daxil olun 

  1.  Facebook Pixel Helper extensionı yükləyin və onu açın 
  2. "Referrer" yazısına klikləyin
  3. Təqin aktivləşdiyini və buna bağlı olaraq mənbəyini görəcəksiniz.

 

 

Facebook tərəfdə auditoriya qurmaq üçün aşağıdakı addımları izləyin:

 


1. Business Managerə daxil olun
2. Auditoriyalara keçid edin.
2. "Custom Audience" seçin
4. Mənbə hissədən "Website" seçin və Növbəti düyməsinə klikləyin
5. Events hissədən "Referrer" seçin
6. Müddət əlavə edin
7. "URL or Parameters" hissəsinə klikləyin və "Referrer" seçin 
8. "Refine by" -dan "URL/Parameter" seçin
9. Müvafiq hissəyə "google" sözünü əlavə edin
10. Auditoriyaya ad verin və "Auditoriyanı yarat" düyməsinə klikləyin. 


Bir müddət sonra auditoriyanız hazır olacaq və həmin auditoriyadan remarketinq reklamlarında daha yaxşı nəticə almaq üçün istifadə edə biləcəksiniz.