Səhifə-daxili SEO (On-Page SEO) nədir?

Səhifə-daxili və ya bəzən də sayt-daxili SEO olaraq bilinən bu fəaliyyət növü sizə Axtarış Sistemlərinin Nəticə səhifələrində daha üstlərdə çıxmağınıza yardımcı olan işlər silsiləsidir.
Səhifə-daxili SEO fəaliyyətinə təsir edən bir çox faktorlar vardır. Bunlara səhifənin ana başlığını, digər başlıqları olan H etiketlərini, daxili linklərini və s. misal göstərmək olar.
İlk olaraq, bildirmək lazımdır ki, SEO fəaliyyəti səhifə-daxili və səhifə-xarici SEO olaraq iki hissəyə ayrılır. Bu bloq yazısında isə siz əsasən səhifə-daxili faktorlar barədə məlumat əldə edəcəksiniz.

Səhifə-daxili və səhifə-xarici SEO işləri arasında fərq nədir?


Səhifə-daxili SEO spesifik səhifə daxilində edə biləcəyiniz bütün optimizasiya işlərini özündə ehtiva edir. 
Lakin, səhifə-xarici SEO isə saytınızdan kənar olan fəaliyyət istiqamətidir. Məsələn, PR postları, sosial medya ilə bağlı işlər və geribağlantı linkləri (backlinks) buna aiddir.


Bəs nə üçün səhifə-daxili SEO işləri ümumi SEO fəaliyyəti üçün bu qədər mühümdür?

Əslində, hər iki fəaliyyət növü SEO-ya təsir edir. Lakin, səhifə-daxili problemlər və onların həlli yolları ümumi SEO fəaliyyəti üçün daha kritikdir. Axtarış sistemləri daha çox səhifə daxilindəki açarsözə, başlığa və digər faktorlara baxaraq istifadəçinin axtarış niyyəti ilə uzlaşdırmağa çalışır. Əgər uyğunlaşma yüksəkdirsə bu halda nəticələr arasında səhifəni müvafiq sırada göstərir.
Buna görə də, deyə bilər ki, kontentin uyğunluğu və açarsöz istifadəsi Google və digər axtarış sistemləri üçün siqnaldır.


Doğrudur, Google tez-tez öz əsas alqoritmini yeniləyir. Bununla da, sistemi təkmilləşdirməyə çalışır. Məhz buna görə, hər daim bu yenilikləri izləməlisiniz. Google bəzən etdiyi dəyişikliklərin bir hissəsini açıqlasa da, təəssüf ki, çox detallı informasiya paylaşmır. Lakin, biz ümumilikdə bilirik ki, istifadəçi-əsaslı kontent Google üçün əsasdır. Buna görə də, ilk olaraq, prosesi başa düşməliyik.

Google üçün sıralama prosesi necə işləyir?

Google ilk olaraq səhifəni tədqiq (crawl) etməklə prosesə başlayır. Bundan sonra Google səhifə-daxili SEO faktorlara baxır, səhifənin məzmunu müəyyən edib və buna uyğun indeksləməyə çalışır.
Burada sual formalaşır.


Səhifəni sözügedən səhifə-daxili SEO-ya uyğun necə optimallaşdırmaq olar?
Bunun üçün aşağıdakı məsələlərə baxa bilərsiniz.


Unikal və optimallaşdırılmış kontent yazın

Buna ilk olaraq, mövzuya uyğun açarsözləri araşdırmaqla başlaya bilərsiniz. Açarsözləri araşdırmaq üçün bir neçə platforma mövcuddur. Lakin, Google Keyword Planner aralarında ən əhəmiyyətli vasitədir. Burada birbaşa Google datalarını (məsələn yaxın açarsözləri, açarsözlərin ortalama axtarış həcmini və s.) görə bilərsiniz. 
Bundan başqa digər platformalar da vardır, lakin onlardan istifadədə diqqətli olmalısınız. Çünki, bu platformalar öz imiclərini qorumaq üçün adətən, real datadan daha aşağı datalar təqdim edir.

Unutmayın! - Uzun açarsözlərdən istifadə edin

uzun açarsözlər


Uzun açarsözlər fokuslanmaq daha məqbul yanaşmadır. Çünki, qısa açarsözlərdə adətən böyük rəqabət olur. Sizin həmin açarsözlər üzrə sıralamada TOP 5 - ə düşməniz çox çətindir. Lakin, uzun açarsözlər ilə bu problemi aşmaq mümkündür. Adətən bu tip açarsözlərdə axtarış həcmi çox olmasa da, rəqabət az olur. Buna görə də, bu tip açarsözlər üzrə işləri icra etmək sizə üstünlük verəcəkdir.
Bundan başqa aşağıdakı məsələləri diqqətdə saxlayın:

  • Kontenti unikal edin və kopyalamayın
  • Açarsözləri kontent daxilində işlədin lakin, həddindən artıq etməyin. Bununla, açarsöz qarışıqlığına yol verməyin
  • Kontenti istifadəçilər üçün həqiqətən faydalı edin
  • Kontentə vizuallar daxil edin

Kontent daxilinə hədəflənən açarsözü məqbul şəkildə daxil edin

Səhifə Başlığına açarsözü əlavə edin

Səhifə başlığı HTML daxilində unikal bir etiketdir. Bu etiket <title> təqdir ki, birbaşa sıralama faktorudur. Səhifə başlığına açarsözü daxil etməniz, sizə sıralamada kömək edə bilər.
Lakin, unutmayın ki, səhifə başlığı tək-səhifəli tətbiqlərdə problemdir. React SEO problemləri barəsindəki bloq postunu oxumağınız məqsədəuyğundur. Xüsusiylə aşağıdakılara diqqət yetirin:

  1. Çalışın başlığı qısa yazın - Təqribən 50-60 simvoldan ibarət olmalıdır.
  2. Açarsözü əlavə edin - Google və digər axtarış sistemləri, səhifə daxilindəki məzmunu səhifənin başlığından anlayır. Buna görə də, başlığa açarsözü daxil etmək sizə yardımcı olacaq.
  3. Başlığı unikal edin - Çalışın başlığı dublikat etməyin. Bu qarışıqlığa səbəb olur. Axtarış sistemləri hansı səhifənin əsas səhifə olduğunu anlamaqda problem yaşaya bilər.

Ən yaxşı Meta təsviri (descriptions) yazmağa çalışın

Meta təsvir (description) səhifənin kontentini təsvir etmək üçün istifadə edilən HTML elementlərindən biridir. Burada diqqətə almalı olduğunuz məsələlər bunlardır:

  1. Meta təsvirin ölçüsü mühümdür -  Belə ki, çox uzun təsvir yazsanız, nəzərə alın ki, çox uzun cümlələr axtarış sistemləri tərəfindən xüsusən mobil ölçüdə kəsilir. Buna görə də, əsasən 120 olmaqla, maksimum 150-160 simvoldan çox yazmamağa çalışın.
  2. Açar sözləri meta təsvirə əlavə etməyə çalışın -  Doğrudur meta təsvirə açarsöz əlavə etmək birbaşa sıralama faktoru olmasa da, istifadəçi niyyətini anlamaq üçün gərəkli ola bilər. Bu sizin üçün üstünlükdür.
  3. Kontentin yekun məzmunu meta təsvirdə qeyd edin 
  4. Hərəkətə çağıran (CTA) əlavə edin - Meta təsvirə hərəkətə çağıran ifadəni əlavə etmək kliklənmə ehtimalını artıran faktordur.
  5. Birbaşa istifadəçiyə yönələn xitab formasından istifadə edin.

Başlıqlarda və Alt-başlıqlardan istifadə edin

Başlıqlar və ya H təqləri kontentin məzmununu müəyyən etmək üçün əhəmiyyətlidir. Xüsusən Google kontentin yazılma məqsədini müəyyən etmək üçün səhifənin iyerarxiyasına da baxır. Buna görə də, başlıqlar və alt başlıqlar bu məqsədlə faydalıdır.

H1 təqini işlədin

    H1 təqi yuxarıda da bildirildiyi kimi Google daxil olmaqla əksər axtarış sistemləri üçün mühümdür. Buna görə də, səhifədə ancaq tək bir H1 təqi işlədin.

H2-H6 altbaşlıqları

    H2-H6 təqləri H təqlərinin fərqli versiyalarıdır. Bunların hər biri iyerarxiyada əhəmiyyət kəsb edir. Daha çox H2 və H3 təqləri ilə paraqrafları ayırıb, sturukturu qurmağa çalışın. 

Nümunə kimi, aşağıdakı sturukt uyğun ola bilər

h1-h6-etiketleri

Əsas kontentdə açarsöz işlədilməsi

Açarsözü kontent daxilində işlətmək faydalıdır. Lakin, mətn daxilində dəfələrlə açarsöz işlətmək SEO üçün çox uzun zamandan bəri problemdir. Çünki, açarsözün mətn daxilində işlənmə intensivliyinin, sıralama faktoru olduğu düşünülürdü. Bu tam olaraq belə deyil.
Kontent daxilində açarsöz işlətmək məqbuldur. Lakin, ideal bir işlənmə sıxlığı yoxdur. 
Əgər siz həddən artıq açarsöz işlədirsinizsə, bu halda Google, sistemi aldatmağa çalışdığınızı düşünə bilər. Bu isə öz növbəsində cəza almağınıza və sıralamada əksinə mövqe itirməyinizə səbəb ola bilər.


Bundan başqa hətta bəzi hallarda elə səhifə sıralamaya daxil ola bilər ki, səhifədə tək bir açarsöz belə istifadə edilməmiş olsun. 
Keçmişdə Matt Cutts bu barədə açıqlama verib.


Matt Cutts, 2000 - 2015 aralığında Google-da işləmişdir. O Google-un spam komandasının qrup lideri olmuş, şirkət ilə SEO mütəxəssisləri arasında əlaqədar şəxs rolunda çıxış etmişdir. 
Cutts özü bildirib ki, Google tərəfdə açarsözün ideal bir işlənmə sıxlığı yoxdur. Lakin, o bunu da bildirib ki, həddən artıq açarsöz istifadəsi sıralamaya mənfi mənada təsir edir.


O deyib:
"Bir və ya iki dəfə açarsözü işlətmək sizin sıralamaya müsbət mənada təsir edir. Lakin, məsələn 7-8 dəfə işlətmək o demək deyil ki, birbaşa sizə kömək edəcək."
Yəni, kontentdə bir neçə dəfə açarsözü işlətmək doğru bir yanaşmadır, lakin dəfələrlə işlətmək "kontentin açar söz ilə doldurması" (keyword stuffing) kimi qiymətləndirilə bilər ki, bu da böyük problem deməkdir.
Yekun olaraq, ideal bir sıxlıq yoxdur. Lakin, ümumiyyətlə, 2-5% açarsöz işlədilməsi məqbuldur.


Əlavə olaraq, hər zaman kontenti oxunaqlı edin. Belə ki, istifadəçi üzərindən keçərək belə oxuya bilsin. Çünki, bir çox istifadəçilər mətn daxilindəki hər şeyi söz-söz oxumur. Sadəcə göz gəzdirir.

  • Paraqrafları qısa edin
  • Maddə - maddə yazın
  • Başlıqlarda və mətn daxilində insanları nəyisə etməyə çağıran ifadələrdən istifadə edin (CTA)
  • İstifadəçinin diqqətini çəkən faydalı şəkillər işlədin

SEO-dostu və optimallaşdırılmış URL quruluşuna keçin

url strukturu


Hər zaman səhifə adreslərini SEO-ya uyğun edin. Məsələn, digitialea.az/xyz123  yerinə digitalea.az/bloqlar-haqqinda-melumat yazmağınız faydalıdır. SEO dostu URL dedikdə məhz bu nəzərdə tutulur. Belə ki, bu tip səhifə linkləri həm istifadəçilər, həm də, axtarış sistemləri tərəfindən daha oxunaqlıdır. Buna görə də, səhifə yolları hər zaman izahedici olmalıdır. 

Səhifə daxilindəki şəkilləri optimallaşdırın

İzahedici fayl adları axtarış sistemləri üçün mühümdür. Belə ki, onlar şəkil başlıqları ilə şəklin məzmununu müəyyən edir. Buna görə də, aşağıdakı addımları izləmək lazımdır:

  • İzahlı olmalıdır -  Hər zaman "29883-img.jpg" kimi fayl adı yerinə, "on-page-seo.jpg" kimi ad işlədin
  • Açarsözü həddindən artıq işlətməyin - Bu açarsöz doldurma və ya açarsöz qarışıqlığı (keyword stuffing) adlanır ki, çox təhlükəlidir. Tək bir fayl adında bir neçə açarsöz işlətməyin.
  • Sözlər arasında tire qoyun. Məsələn, "on_page_seo.jpg"  yerinə "on-page-seo.jpg" daha tövsiyyə olunan variantdır.
  • İzahedici alt text işlədin. Google həmçinin şəkillərin məzmununu müəyyən etmək üçün alternativ mətndən (alternativ mətn) istifadə edir. Buna görə də işlətmək faydalıdır. Nümunə: <img src="https://yourdomain.com/on-page-seo.jpg" alt="on-page seo">
  • Bütün şəkillərin həcmini sıxın

Daha ətraflı bu bloq postdan oxuya bilərsiniz

Açarsöz doldurma və ya açarsöz qarışıqlığı (keyword stuffing) - Mətn daxilində eyni sözləri və ya ifadələri tez-tez, dəfələrlə təkrarlamaqla qeyri-təbii olmalarına səbəb olmaqdır.

Daxili linklər əlavə edin

  • Daxili bağlantılar eyni veb-saytdakı müxtəlif səhifələrə işarə edən xüsusi hiperlinklərdir.
  • Daxili Linklər axtarış sistemlərinə saytın strukturunu və səhifələrin bir-biri ilə necə əlaqəli olduğunu anlamağa kömək edir
  • Onlar axtarış sistemləri botlarına səhifələri kəşf etməyə və oradan hansı səhifələrə keçməli olduğunu bildirir
  • Daxili linklər, axtarış sistemlərinə səhifə ilə əlaqəli olan digər səhifənin nə dərəcədə əhəmiyyətli olduğunu göstərən siqnaldır


Xarici linklər əlavə edin

Xarici linklər müəyyən bir vebsaytdan kənar səhifəyə və ya mənbəyə aparan hiperlinkdir.
Bu tip linklər mühümdür. Çünki, bu istifadəçi davranışını yaxşılaşdırır və auditoriyanızla saytınız arasında inam yaradır. Xarici linklərin sıralama faktoru olub-olmaması dəqiq deyil. Google, bir saytda nüfuzlu xarici mənbələrə keçidlərin əlavə edilməsinin, istifadəçilərinizə dəyər vermək üçün əla bir yol olduğunu bildirir. Biz isə eyni zamanda bilirik ki, istifadəçi təcrübəsi axtarış sistemi üçün çox vacibdir. Buna görə də, nəzərə alınmalı məsələdir.


Səhifə sürətini optimallaşdırın

Səhifə sürətinin optimallaşdırılması Google tərəfindən təsdiqlənmiş sıralama faktorudur. 
Əlavə olaraq, həmişə Google-un Əsas Veb Göstəricilərini (Google's Core Web Vitals) yoxlayın. Xüsusilə, üç amil daha vacibdir:

  • LCP or  Largest Contentful Paint  və ya Ən Böyük Məzmunlu hissə - səhifə məzmunun əsas hissəsinin yüklənməsi üçün lazım olan vaxtdır. Daha çox, səhifənin görünən hissəsində olan ən böyük rəsm və ya mətnin yüklənməsi üçün lazım olan vaxtı bildirir.
  • FID or First Input Delay və ya İlk Giriş Gecikməsi - səhifənizin, gələn istifadəçiyə ilk anda cavab verməsi üçün lazım olan vaxtdır
  • CLS or Cumulative Layout Shift və ya Kümülatif nizam dəyişməsi - daha çox məzmun (məsələn, bannerlər, şəkillər) yükləndikcə, səhifə aşağı doğru yer dəyişir. Bu metrik veb səhifənizindəki həmin dəyişməni ölçür.

Ümumiyyətlə, həmişə müxtəlif vasitələrdə səhifələrin sürətini təhlil edin və problemləri bir-bir həll etməyə çalışın.
Səhifə sürəti haqqında daha çox buradan oxuya bilərsiniz

Seçilmiş hissələr üzrə optimallaşdırma (featured snippets)

Seçilmiş snippetlər, istifadəçilərin sorğusuna tez cavab vermək üçün Google-da axtarış nəticələrinin yuxarı hissəsində görünən qısa mətn parçalarıdır. Onlar həmçinin əlaqəli suallar qrupunda (bu hissə "Həmçinin İnsanlar soruşur" kimi də tanınır) da görünə bilər.
Google bu tip nəticələri bütün axtarış nəticələrinin ən üstündə göstərir. Buna görə də, kliklənməyə ciddi təsiri var.
Seçilmiş snippetlərin bir neçə forması var:

  • Müəyyənləşdirici qutu - Bu, istifadəçilərə sorğuya cavab kimi nəzərdə tutulmuş mətn parçasıdır
  • Cədvəllər - Google bir səhifədən məlumatları çəkir və nəticələrdə cədvəl kimi göstərir
  • Sıralanmış Siyahı - Bu, müəyyən bir ardıcıllıqla təqdim olunan siyahıdır. Google bir sıra addımlar tələb edən sorğular üçün bu tip siyahıdan istifadə etməyə meyllidir.
  • Sıralanmamış siyahı - Bu, hər hansı müəyyən bir qaydada olması lazım olmayan elementlərin siyahısını təqdim etmək üsuludur.
  • Videolar - Google videoları YouTube-dan verir.

Sxemik işarələmə (Schema markup) əlavə edin


Sxemik işarələmə, axtarış sistemlərinin, məzmununuzu daha yaxşı başa düşməyə kömək edən kod parçasıdır. Lakin bu, səhifənizin axtarış sistemlərinin nəticə səhifələrində, məlumatın necə görünməsinə də birbaşa təsir edə bilər.
Sxemik işarələmənin bir neçə növü var:

  • Hadisə (Event)
  • Təşkilat
  • Şəxs
  • Yer, Yerli Biznes, Restoran
  • Məhsul, Təklif
  • İstifadəçi rəyləri (Review)
  • Tez-tez verilən suallar
  • Yaradıcılıq işləri: Kitab, Film, Resept, Teleserial
  • Daxil edilmiş qeyri-mətn obyektləri: Audio, Şəkil, Video formatlı fayllar

Bunlar da öz növbəsində kliklənmə nisbətinizi (CTR) artıra bilər və axtarış nəticəsində daha çox yer tutmağınıza kömək edə bilər. Buna görə də, bunlar sizin üçün hər cəhətli çox faydalıdır.
Son olaraq, onu da bildirim ki, qarşılaşdığınız problemlərin həlli yollarını araşdırın. Daha sonra ən səmərəli həlli yolunu seçib tətbiq edin.

Ümidvaram bu bloq yazım sizə bu işləri icra etməkdə faydalı olacaq.

 

Mənbələr:

Seçilmiş hissələr üzrə optimallaşdırma

Sxemik işarələmə (Schema markup)