Vebsaytların redizaynları və SEO problemləri (Checklist)

Bəzən bizneslər köhnə veb saytlarını yeniləmək istəyirlər. Lakin, yenilənən saytda SEO məsələlərinin nəzərə alınmaması axtarış sistemlərində mövqe itirməyə səbəb olur. Buna görə də, əsas bir neçə məsələni diqqətdə saxlamaq lazımdır:

  • Hazırda SEO vəziyyətinizin necə olduğunu bilməlisiz
  • Yeni dizayn zamanı ortaya çıxan problemlər barədə məlumatınız olmalıdır
  • Xüsusi plan hazırlayıb, həmin plana uyğun yol izlənməlidir

Qeyd: Səhifə-daxili SEO barədə bloq postu oxuyun.

Saytların redizaynı zamanı nə kimi problemlər çıxa bilər?

Sistemsiz yeniləmə zamanı problemlər çox olur. Lakin, ən kritik problemlər aşağıdakılar olur:
⦁    Kontent silinmiş, dəyişdirilmiş və ya sayt daxilində fərqli yerə əlavə edilmiş ola bilər
⦁    URL və onların quruluşu dəyişdirilə bilər
⦁    Daxili linkləmə strukturu dəyişdirilmiş ola bilər
⦁    Yeni texnologiya tətbiqi zamanı bəzi problemlər çıxa bilər (məsələn React SEO problemləri)
⦁    Yeni texniki problemlər çıxmış ola bilər
⦁    Domain dəyişmiş ola bilər
⦁    Subdomain dəyişmiş ola bilər
⦁    HTTP protokolu dəyişmiş ola bilər

SEO baxımından saytlarda dizayn yenilənməsi zamanı hədəflər nələr olmalıdır?

Əsas iki hədəf vardır:

  1. Mövcud sıralamadakı vəziyyəti qoruyub saxlamaq
  2. Sıralamadakı vəziyyəti inkişaf etdirmək

Saytların yenilənməsi zamanı lazım olan SEO iş planı

#1 Köhnə saytı onlayn saxlayın

Çalışın, saytınızın əvvəlki versiyasını onlayn saxlayın. Burada diqqət etməli olduğunuz məsələ, saytın tətqiq botlarına (crawla) bağlı olmasıdır. Yəni, ancaq özünüz görəcək şəkildə konfiqurasiya etməlisiniz. Bununla yeni və köhnə versiya arasındakı fərqləri rahatlıqla müqayisə edə biləcəksiniz.

#2 Botların tətqiq (crawl) datası saxlayın

Əvvəlki versiya üçün olan botların tətqiq (crawl) datası qoruyub saxlayın. Bununla URL analizlərini edə biləcəksiniz.

#3 Problemli olmayan heç nəyi dəyişməyin

Bəzən heç bir yeniləməyə ehtiyac olmayan səhifələrə və ya struktur bölmələrinə  düzəliş edilir. Bu həm kontent daxilində, həm də URL quruluşunda baş verir. Çalışın, xüsusən URL quruluşu başda olmaqla, strukturda problem olmayan heç nəyə əlavə düzəliş etməyin.

#4 Yeni URL quruluşu üçün 301 yenidən yönləndirmələr qurun

Bütün əvvəlki URL quruluşlarına baxın və yenilərlə müqayisə edin. Əgər yeni URL quruluşu fərqlidirsə, əvvəlki URL - ləri 301 redirect ilə yenilərinə yönləndirin.

#5 Əvvəlki kontenti yeni saytda da saxlayın

Mövcud kontenti qoruyub saxlamağa çalışın. İlk başlarda aktual olan köhnə kontentdə dəyişiklikləri etməməyə çalışın.

#6 Səhifə-daxili elementləri optimallaşdırın

Səhifə başlığı, təsviri, h təqləri və digər elementləri optimallaşdırın.

#7 Backlinklərə düzəliş edin

Saytın URL quruluşu dəyişdikdə nəzərə alın ki, sizin mövcud backlinklər yenilərə uyğun olmayacaqdır. Buna görə də, backlinklərin olduğu saytlara yazıb, onlara yeni URL quruluşuna uyğun olaraq düzəliş etdirin.

#8 Daxili linkləməyə diqqətdə saxlayın

Belə ki, adətən əvvəlki saytda daxili linkləmə köhnə URL-lərə müvafiq olur. Yenilənmə, axtarış sistemlərində sıralamaya təsir edə bilər.

#9 XML sitemapə düzəliş edin

URL quruluşu dəyişdiyindən XML sitemapdə də, müvafiq düzəlişləri etməyi unutmayın.

#10 Sıralamanın monitorinqini edin

Axtarış sistemlərində mövcud vəziyyətin monitorinqini aparıb nəzarət edin. Əgər hansısa texniki problemlər çıxarsa, müvafiq düzəlişləri sürətlə icra edin.

#11 Saytın texniki auditini edin

Yenilənmədən sonra stabil olaraq, saytın texniki auditini periodik olaraq aparın.

#12 Google Search Consoledan istifadə edin

Google Search Consoledan daim vəziyyəti diaqnoz edib və problemləri həll edin. Xüsusən, aşağıdakı məsələlərə fokus olun:

  • Indeksləmə
  • Sitemap
  • Linklər və s.

Son olaraq, saytlarınızı yeniləmək istəyərkən, əvvəlki struktura diqqət edin. Yeniləmədən əvvəl mümkün yol xəritəsini hazırlayıb, planları addım-addım icra etməyə çalışın.